Haqqımızda

Son illər Respublikamızda səhiyyə sahəsində həyata keçirilən islahatlar tibb sektorunun inkişafını artmışdır. Aprılan islahatların mühüm istiqamətlərindən biri də İlham Əliyev cənabları tərəfindən Bakı Sağlamlıq Mərkəzinə publik hüquqi şəxs statusu verilməsidir.

Bununla da yeniliklər tətbiq olunmuş, struktur yenilənmiş, yeni avdanlıqlar alınmış, təmir-tikinti işləri aparılmış, yeni qiymətlər əlavə edilmişdir. Xəstəxanamızın özəlliklərindən biri Bakının mərkəzində, eyni zamanda bütün strateji tibbi müəssisələrin mövcud olduğu zonada yerləşməsidir.

bsm-doctors

Sloganımız olan “Öncə sağlamlıq” şüarı altında ən müasir texnologiya, pəşəkar personal, əlçatan və yüksək keyfiyyətli xidmət bu gün olduğu kimi gələcəkdə də dəyişmədən tətbiq ediləcəkdir. Biz xəstələrimiz üçün komfortlu mühit yaradır və onların sürətli şəkildə sağlamlıqlarına qovuşması üçün çalışırıq.

Xəstəxanamızda ölkədə mövcud olan geniş Təcili yardım şöbəsi, xanımlarımıza özəl hazırlanmış və dizayn edilmiş Qadın Mərkəzi, 2 angioqrafiya cihazına malik olan Kardiologiya şöbəsi, ildə 3000 əməliyyat ediləcək qədər tam təchiz olunmuş Kardiocərrahiyyə şöbəsi, Ortopediya-travmatologiya şöbəsi, anaların körpələri ilə  sıx təmasda və ünsiyyətdə olması üçün məhz Qadın Mərkəzinin yaxınlığında yerləşən Neonotalogiya Şöbəsi, 20-yə qədər küveyzdən ibarət olan Yenidoğulmuşların Reanimasiyası və s. kimi şöbələr öz genişiliyi, müasirliyi, ən son texniki avanlıqları ilə fərqlənir və 7/24 xalqımızın xidmətindədir.

Məqsədimiz

Əhalinin sağlamlığını daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə müasir tələblərə uyğun əlçatan və keyfiyyətli tibbi xidmət göstərilməsidir.

Tarixcə

Bakı Sağlamlıq Mərkəzi cənab Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli Sərəncamı əsasında inşa olunmuşdur. Əvvəllər Bakı şəhər Onkoloji Dispanserinin yerləşdiyi 1,4 hektar ərazidə istismara yararsız binalar sökülərək, onların yerində müasir çoxprofilli Mərkəzin tikintisi həyata keçirilmişdir. Dövlət başçısı cənab Prezident İlham Əliyev 2011-ci ilin iyulunda mərkəzin təməlqoyma mərasimində iştirak etmişdir, 2014-cü il mart ayının 17-də isə mərkəz əhalinin istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər. Cənab İlham Əliyev tərəfindən Bakı Sağlamlıq Mərkəzinə publik hüquqi şəxs statusu verilmişdir.