Instagram Feed

Penis əyriliyi anadangəlmə (kongenital) və ya sonradan yaranan (Peyroni Xəstəliyi, Induratio Penis Plastica) növlərə ayrılır. Peyroni xəstəliyi (və ya IPP) kişilərin 3-7%də aşkar olunur, ən çox da Diabet xəstələrdə. Peyroni xəstəliyinin ən çox yaranma səbəbi olaraq penisin travması (cinsi əlaqə zamanı travma, təsadüfi küt alətlə travma, gözlənilməz zərbə və s.) hesab olunur. Xəstəliyin əsas simptomu ereksiya zamanı penisdə əyriliyin olması (ağrılı və ya ağrısız), rigidliyin zəifləməsi, əyriliyin olduğu yerə toxunduqda sərt toxumanın əllə hiss edilməsidir. Heç bir müalicə tətbiq edilmirsə bir müddət sonra ağrı azalsa da, penisdə əyrilik tədricən intensivləşir. Konservativ müalicə uğursuz olduğu halda cərrahi müdaxilə tövsiyə olunur (Plastik əməliyyat). ------------------------------------------------------- Əlaqə: