Instagram Feed

Böyrək xərçəngi çox vaxtı təsadüfi müayinə zamanı aşkar edilir. Çox vaxtı asimptomatik və ya az simptomlu olur. Simptomlardan ən əsasları isə: sidikdə qan, bel ağrıları və əllənən şiş. Böyrək xərçəngi ortalama kişilərdə 65-70 yaş arası, qadınlarda isə 70 yaşdan yuxarı insanlarda ortaya çıxır. Kişilərdə qadınlara nisbətən 2 dəfə daha çox rast gəlinir. Xərçəngin müalicəsində xəstənin yaşı, ümumi sağlamlığı və xərçəngin yayılma dərəsəsi ilə müəyyən edilir. Ancaq unutmamaq lazımdır ki, xərçəngin dərəcəsi və hansı mərhələdə olması əməliyyatla tam müalicəyə nail olmaq üçün çox vacibdir. Müalicənin əsasını törəmənin tam çıxarılması təşkil edir. Misal üçün tumor rezeksiyası və ya parsiyel nefrektomiya eməliyyatı icra oluna bilər. Bu əməliyyat böyrəyin bir hissəsinin çıxarılmasıdır və xəstəlik böyrəyin geniş olmayan hissəsini əhatə etdikdə, işləyən böyrək toxumasını mümkün qədər qorumaq üçün edilir. Əgər xəstəlik böyrəyin damarlarını örtəcək səviyyəyə çatıbsa və ya böyrəyin çox bir hissəsini bürüyübsə bütün böyrəyin çıxarılması lazım ola bilər. Ən uyğun metodlardan biri isə minimal invaziv, laparoskopik əməliyatıdır. Cərrahi texnikadan asılı olaraq xəstə əməliyyatdan 3-4 gün sonra xəstəxanadan çıxıb asanlıqla normal gündəlik fəaliyyətinə keçə bilər. ------------------------------------------------------- Əlaqə: