Instagram Feed

Kişilərdə sonsuzluq cinsiyyət sisteminə mənfi təsir edən müxtəlif patoloji proseslər nəticəsində yaranır. Kişi sonsuzluğunun səbəbləri: ⠀ - Keçirilmiş infeksiya və ya iltihabi xəstəliklər, məsələn, uretrit, prostatit, xlamidioz, göbələk xəstəlikləri və s. ⠀ - Kişi cinsiyyət orqanında özünü göstərən anadangəlmə anomaliyalar. ⠀ - 60 % hallarda isə kişi sonsuzluğu xayanın damar genişlənməsi, yəni varikosele nəticəsində yaranır. Bunu əməliyyatla aradan götürmək mümkündür, lakin əməliyyatdan sonra stimullaşdırıcı müalicəyə ehtiyac var. ⠀ - Toxumçıxarıcı axarın keçilməzliyi, hansı ki, bunun nəticəsində spermatozoidlərin toxum kisəciklərə toplanması və daha sonra sidik kanalından xaric olması mümkün olmur. Buna səbəb iltihabi xəstəliklər ola bilər ki, bu da uzun müddətli müalicə, bəzən isə cərrahi müdaxilə tələb edir. ⠀ - Sistem xəstəliklər, məsələn, vərəm, böyrək çatışmazlığı, şəkərli diabet və s. ⠀ - Autoimmun spermatogenez. ⠀ Kişi sonsuzluğun müalicə üsulu xəstəliyin formasından, mərhələsindən, ilk səbəblərindən asılıdır. Yalnız həkim müşahidəsi altında kompleks və düzgün seçilmiş müalicə və ya əməliyyat taktikası gözlənilən müsbət nəticəyə gətirib çıxara bilər. Kişi sonsuzluğunun qarşısını almaq üçün mütəmadi olaraq həkim nəzarətində olmaq vacibdir. Bu hallarda müxtəlif xəstəlikləri erkən mərhələdə aşkar etməyə şərait yaranacaq və beləliklə müalicəsi daha asan və müvəffəqiyyətli olacaq. ------------------------------------------------------- Əlaqə: