Instagram Feed

Böyrək çatışmazlığı böyrəklərin işinin yavaşlaması və ya dayanması səbəbindən qanda su, duz və digər mineralların (elektrolitlər) tarazlığının pozulmasıdır. Böyrək çatışmazlığının əsas səbəbləri: Böyrəklərə qan axışının yavaşlaması (arteriya stenozu) və ya kəsilməsi, həddindən çox qan və ya maye itkisi (travma, qəza və ya əməliyyatdan sonra qan itirmək), ürəkdə infarkt, ürək xəstəlikləri, infeksiyalar, şok, ciddi alergik reaksiyalar, ağır yanıqlar və s. Belə isə böyrək çatışmazlığı 3 səbəb qrupuna bölünür: 1. Prerenal (damar xəstəlikləri) 2. Renal (böyrəyin parenximasının xəstəlikləri) 3. Postrenal (urolojı problemlər) Ona görə hər böyrək çatışmazlığında mütləq urolojı səbəblər istisna olunmalıdır. ⠀ ⠀ ⠀ Xroniki böyrək çatışmazlığının müalicəsi üçün dializ və böyrək transplantasiya üsulları mövcuddur. Bir çox hallarda isə kəskin və ya xroniki postrenal formalarda adi stentin və ya nefrostomanın qoyulması böyrək çatışmazlığını qismən və hətta tam aradan götürür. Beləliklə də dializə və ya transplantasiyaya ehtiyyac qalmır. Əlaqə: