Instagram Feed

Zamanımızın xəstəliyi olan xərçəng dünyada ölümün aparıcı səbəblərindən biridir. Ən çox görülən xərçəng növlərindən biri olan sidik kisəsi xərçəngi, xüsusilə siqaret çəkən və yüksək genetik meylli kişilərdə müşahidə olunur. Sidik kisəsi xərçənginin ilk əlamətləri: Tez-tez sidiyə çıxmaq, göynəmə, laxta ilə əlaqəli olaraq sidiyə çıxmaqda çətinlik və hətta sidik ifraz etməməsi xərçənginin əlaməti ola bilər. Sidik kisəsi xərçənginin ilk əlamətləri bəzi hallarda meydana gəldiyində xərçəng artıq bədənin başqa bir hissəsinə metastaz verərək yayıla bilər. Metastazlı xəstələrdə simptomlar xərçəngin yayıldığı bölgədən asılı olaraq dəyişə bilir. Belə şikayətləri olan xəstələr dərhal bir uroloqa müraciət etməlidirlər. Digər xərçəng növləri kimi, sidik kisəsi xərçəngində də erkən diaqnozun qoyulması həyatı xilas edir. Əsas müayinələrdən biri sidiyin ümumi analizi və ultrasəs müayinə sayılır. Risk qrupundakı xəstələrin sidiklərində gizli qanaxmanın olub olmadığını yoxlamaq üçün müntəzəm olaraq sidik analizinin götürülməsi xəstəliyin erkən diaqnozun qoyulması baxımından çox faydalıdır. ----------------------------------------------- Əlaqə: