Instagram Feed

Parsial nefrektomiya və ya böyrəyin rezeksiyası əməliyyatları böyrəyin bir hissəsini bürümüş xərçəngin müalicəsində cərrahi seçimdir. Bu əməliyyat zamanı əsas məqsəd, şişi və böyrəkdə şişdən təsirlənən bölgəni tamamilə çıxarmaq və mümkün qədər sağlam böyrək toxumasına zərər verməməkdir. Parsial nefrektomiya ümumi anesteziya altında icra edilir. Bu əməliyyatda ilk öncə şişin dəqiq yeri müəyyənləşdirilir.Bəzən böyrəyin qan axınının olmaması (arterianın bağlanması) nəticəsində yaranan zərərin qarşısını almaq üçün, hipotermiya yaratmaq üçün buz parçaları istifadə olunur. Bəzən, şiş bir qütbü bürümüşsə, heminefrektomiya (böyrəyin yarısının çıxarılması. Parsial nefrektomiya və ya böyrəyin rezeksiyası açıq və ya laparoskopik cərrahiyyə ilə aparılır. Açıq əməliyyat müalicənin standart formasıdır. Laparoskopik parsial nefrektomiya və ya rezeksiya əməliyyatı isə minimal invaziv cərrahiyədir, bunu isə təcrübəli mütəxəssis icra etməli. Əlaqə: