Instagram Feed

Azoospermiya sperma nümunəsində sperma hüceyrələrinin (spermatozoidlərin) olmamasıdır. Azoospermiya problemi iki başlıq altında araşdırılır: 1. Tıxanıqlığa bağlı azoospermiya. Bu problem anadangəlmə sperma kanallarının tıxanması, anadangəlmə çatışmazlıqlar, qazanılmış bəzi kanallarda meydana gələn infeksiya və ya cərrahi əməliyyatlar səbəbi ilə maneə olmasıdır. Tıxanma səbəbi ilə sperma hüceyrələri olmayan kişilər üçün xaya müayinəsi aparılır. 2. Tıxanıqlığa bağlı olmayan azoospermiya. Bu irsi və ya genetik problem ola bilər. Uroloq və ya androloq "azoospermia" diaqnozu üçün ilk əlaqə nöqtəsidir. Klinik müayinə keçirir və imkanları barədə məsləhət verir. Bundan əlavə, genetik testlər, hormon testləri, ultrasəs müayinəsi də, edilə bilər. Sperma hüceyrələri birbaşa testis biopsiyasından (TESE) və ya epididimisdən (MESA) əldə edilə bilər. Bəzi xəstələrdə əldə edilən materialda sperma hüceyrələrinin kifayət qədər olduğundan müalicə üçün çox uyğundur. Beləliklə xəstələr süni mayalanma müalicəsi ilə uşaq sahibi ola bilərlər. ⠀