Instagram Feed

Laparoskopik cərrahiyə üsulu böyük cərrahi kəsiklər əvəzinə 4-5 ədəd 0,5-1 sm-lik kəsiklərdən yerləşdirilmiş kamera və incə, nazik alətlərlə həyata keçirilən cərrahi bir texnikadır. Bu əməliyyat texnikası ümumi anesteziya altında həyata keçirilir. Uroloji sahədə də bu əməliyyat üsulunun (açıq əməliyyatla müqayisə edilərsə) bir çox üstünlükləri vardır: 1. Kiçik kəsiklər ilə edildiyindən infeksiya yoluxma riski də minimuma enir. 2.Əməliyyat zamanı daha az qanaxma olduğundan, orqanların sağalma müddəti sürətlənir. 3. Orqanlar və toxumaların anatomik quruluşunun geniş şəkildə pozulmaması. 4.Xəstəxanada qalma müddəti qısa olur. 5. Estetik baxımından çox kiçik yara izi olur. 6. Postoperativ dövrdə yara yırtıqların yaranması 0%. 7.Əməliyyat sonrası daha az ağrı hiss edilir. 8. Dərin yerlərdə əməliyyatın icra olunmasını asanlaşdırır (misal üçün Prostatektomiya əməliyyatında anastomoz qoyulması). ⠀