Instagram Feed

Böyrəküstü vəzin şişləri, başqa adla adrenal şişlər, ən çox aşkar olunan şişlər arasındadır, beləki bütün yetkinlərin təxminən 3 faizində iki vəzdən birində törəməyə rast gəlinir. Bir adrenal şişin diaqnozu qoyulduğndan sonra aşağıdakı suallara həmişə cavab verilməlidir: 1. Bu şiş hormon aktiv və ya hormon inaktivdir; 2. Bu şiş xoşxassəli və ya bədxassəlidir? *Hormon aktiv və ya hormon inaktiv şişlər* Adrenal şişlərin əksəriyyəti hormonun həddən artıq istehsalını göstərmir, yəni bu törəmə "hormon inaktivdir". Bu cür şişlərin simptomların yaranmaslna səbəb olmur. Adətən digər səbəblərə görə görüntüləmə müayinələr aparılarsa təsadüfən aşkar edilir. Belə halda böyrəküstü vəzin insidentalomasından danışılır. Digər adrenal şişlər hormon istehsalının artmasına səbəb olur, onlar "hormon aktivdir". Hansı hormonun artıq istehsal olunduğuna görə fərqli simptomlar və sindromlar ortaya çıxır. *Xoşxassəli və ya bədxassəli şışlər* Bir şişin aşkar olunması avtomatik olaraq xərçəng demək deyil; böyrəküstü vəzlərdə aşkar olunan şişlərin əksəriyyəti xoşxassəlidir. Çox vaxt bu kimi törəmələr adenomalar (yəni glandular toxumanın böyüməsi) olur. Bədxassəli şişlər adrenal vəzdə çox nadir hallarda olur. Belə halda bu şiş ya digər orqanların böyrəküstü vəzdə oturmuş metastazı olur və ya bilavasitə elə adrenal vəzin öz bədxassəli şişi olur. Bu halda söhbət adrenal qabığının adrenokortikal karsinomasından (adrenokortikal karsinoma) gedir; milyon nəfərə təxminən 1-2 nəfərdə baş verir. Əlaqə: