Instagram Feed

Sidik kisəsinin iltihabı mənasını verən sistit, sidik yollarında və reproduktiv sistemdə ən çox görülən xəstəliklərdən biridir. Bu xəstəliyə qadınlarda daha çox rast gəlinir və təqribən 20% qadınlar həyatlarında ən az bir dəfə sistitdən əziyyət çəkirlər. Müalicə olunmadığı təqdirdə böyrəklərə yayıla bilən bakterial sistit böyrəklərə daimi ziyan vura bilər. Lakin kəskin və xroniki sistitlə interstisial sistit arasında fərqlər vardır. İnterstisial sistit (həmçinin sidik kisəsinin ağrı sindromu da adlanır) nadir bir xroniki xəstəlikdir. İnterstisial sistit sistemli xəstəliklərə aiddir və iltihab səbəbi mikroblar deyil (abakterial sistit), bir çox araşdırmalara görə immun (autoimmun) sisteminin pozulmasıdır. Təsirə məruz qalan insanlar ümumiyyətlə kəskin sistitə aid olan simptomlardan əziyyət çəkirlər. Lakin interstisial sistitin simptomları adətən normal sistitlə müqayisədə daha güclü və daha genişdir, bu da xəstələr üçün olduqca böyük bir əzab əziyyətə səbəb olur. Sidik kisəsinin ağrı sindromun digər tipik şikayətlərindən əzələ və oynaq ağrısı, mədə-bağırsaq traktının problemləri, allergiya və migren olur. Bəzən xəstələr revmatoid artrit və ya lupus eritematosus kimi xəstəliklərdən də əziyyət çəkirlər - hər ikisi autoimmun xəstəliklərdir. Diaqnostikada anamnezlə bərabər sistoskopiya və biopsiya ən önəmli yer tutur. Bakterial sistitin müalicəsi bir qədər asan və qısa olduğu halda, interstisial sistitin müalicəsi isə kompleks şəkildə və uzun müddət aparılır. Ona görə bu kimi xəstəlik xüsusi təcrübəsi olan uroloq tərəfindən aparılmalı və müşahidə olunmalı. Əlaqə: