Instagram Feed

Spermada qan olması çox hallarda infeksiyalardan qaynaqlanır. Bunun səbəbi öncədən keçirilmiş bir infeksiya yaxud xroniki sidik yollarının infeksiyasiyalarının (xüsusilə prostat iltihabı) təkrarlanması halları ola bilər. Xüsusilə boşalma kanallarını əhatə edən bir infeksiya varsa, sperma ilə qan gəlməsi ehtimalı artır. Spermada qan olmasının başqa bir səbəbi boşalma kanallarına təzyiq göstərən kistlərdir. Bu kistlər kiçik damar çatlamasına səbəb olaraq qanın spermaya daxil olmasına şərait yaradır. Böyümüş prostat vəzi də, prostatın içərisində və ətrafında yüngül qanaxmaya səbəb ola bilər. Bu hal baş verdikdə, prostat ətrafından olan qan, sperma ilə atıla bilər. Sperma kanallarında və ya sperma yolundakı infeksiyalar və ya tıxanmalar da, gərginlik zamanı qanaxmaya şərait yaradır. Yaşlı kişilərdə buna səbəb prostat adenoması və ya xərçəngi ola bilər. Bu kimi şikayət olarsa diaqnostika və differensial diaqnostika üçün yaşdan fərqli olmayaraq uroloqa müraciət tövsiyə olunur. Əlaqə: