Instagram Feed

Perkutan Nefrolitotomiya əməliyyatı ümumi anesteziya altında aparılır. İlk öncə sidik yolundan böyrəyə uzanan nazik bir boru (kateter) yerləşdirilir. Bununla məqsəd kontrast maddəni yeridərək rentqen altında böyrəyin kasa ləyən sistemini və daşların düzgün lokalizasiya etməkdir. Bundan sonra pasient üzü aşağı vəziyyətdə uzadılır. Bel nahiyəsində təxmini 1 sm kəsik açılaraq böyrək içinə kanal açılır və kameralı alət (nefroskop) yerləşdirilir. Əməliyyat sırasında portativ rentgen cihazları yol göstərici olaraq istifadə olunur. Bundan sonra böyrəkdəki daşlar lazer və ya başqa dağıdıcı cihazla (pnevmatik və ya ultrasonik) parçalanır və çıxarılır. Bəzən böyrəyin müxtəlif hissələrini (kasaları) dolduran böyük daşlarda tək giriş vasitəsilə bütün daşları təmizləmək mümkün olmaya bilər və b halda böyrək içərisinə bir neçə kəsikdən girmək lazım ola bilər. Prosedurun sonunda sidik axınını təmin etmək üçün böyrəyə nefrostomiya və stent yerləşdirilir. Kəsik isə sağaldıqdan sonra izi demək olur ki heç bəlli olmur. Əlaqə: