$slug

Revmatologiya Bölməsi

Revmatoloji xəstəliklər oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudluğu və deformasiylarla təzahür edən xəstəlik qrupudur. Lakin revmatoloji patologiyanın  göstəricisi kimi digər oynaqdankənar əlamətlər də qəbul oluna bilər. Bəzi revmatoloji xəstəliklərdə isə (məs. vaskulitlər) prosesə oynaqların cəlb olunması mütləq deyil. Eyni zamanda hər oynaq ağrısının səbəbi revmatoloji xəstəlik olmaya bilər. Misal üçün, Hepatitler, Brucella və s.infeksiyalar, bır sıra endokrin, nevroloji, hətta onkoloji xəstəliklər belə özünü revmatik xəstəlik kimi göstərə bilər. Burada diqqətli və dərin differensiasiyanın aparılması çox önəmlidir.

Revmatoloji patologiyaya şübhə yaradacaq əsas şikayətlər: 

  • hər hansı bir oynaqda ağrı, şişkinlik, hərəkət məhdudluğu, deformasiyalar
  • səhər saatlarında oynaq tutqunluğu
  • xüsusi ilə səhər saatlarında ortaya çıxan bel ağrısı və bel nahiyyəsində olan tutqunluq
  • əl barmaqlarında soyuq havada ağarma, göyərmə
  • palapasiya olunan dərialtı düyünlər
  • dəridə günəşə qarşı aşırı həssalıq
  • əllərdə vəya dərinin hər hansı bir hissəsində sərtlik, dartınma hissi
  • əzələ güçsüzlüyü, pilləkanları qalxıb düşməkdə, oturub durmaqda çətinlik çəkmək
  • əzələ ağrısı
  • ağızda, genital sahədə yaralar
  • göz iltihabı (uveit, sklerit və s.)
  • burunda qabıqlanma, qanaxmalar
  • təkrarlayan düşüklər (abortlar)
  • təkrarlayan qarın vəya batıcı tərzdə döş qəfəsi ağrıları
  • saçtökülmə
  • süd vəzində kütlə, ağrı, axıntı
  • ağız-göz quruluğu
  • tüpürcək vəzlərinin böyüməsi
  • səbəbi bilnməyən qızdırma
  • səbəbi bilinməyən çəki itkisi
  • səbəbi bilinməyən dəri səpkiləri
  • səbəbi bilinməyən başağrıları
  • səbəbi bilinməyən ağciyər patologiyaları

Revmatologiya şöbəsində göstərilən xidmətlər:

  • Patterji testi
  • Kapillaroskopiya
  • USM nəzarətində intraartikulyar inyeksiya

Revmatoloji xəstəliklərin diaqnostikasında rutin qan analizlərindən başqa xəstəliyə spesifik olan marker (autoantikor) adlandırılan qan testləri, genetik analizlər və görüntüləmə üsulları (USM, rentgenoqrafiya, KT, MRT, kapillaroskopiya) istifadə olunur. Eyni zamanda diaqnostikada həkim tərəfindən toplanmış dolğun anamnez və fiziki müayinənin yeri əvəzolunmazdır.

Revmatoloji xəstəliklərə bütün növ iltihabi və degenerativ artritlər, onurğa sütünu xəstəlikləri, spondiloartritlər, kristal artritlər, bir sıra autoimmun və autoinflamatuar xəstəlikər, birləşdirici toxuma xəstəlikləri, bir sıra əzələ xəstəlikləri, sistem vaskulitlər (Vegener vask., Churg-Strauss sindromu, MPA, PAN,  Takayasu arteriti, Temporal arterit və s.), yumşaq toxuma xəstəliyi (fibromiyalgiya) və s. aiddir.

  • Osteoartrit və səbəbi bilnməyən digər artritlər
  • Revmatoid artrit
  • Şeqren sindromu
  • Osteoporoz
  • Ankilozlaşdırıcı spondilit (Bexterev xəstəliyi)
  • Podaqra
  • Psoriatik artrit
  • İltihabi bağırsaq xəstəliyi ilə əlaqədar artropatiya (Kron xəst., xoralı kolit)
  • Revmatik polimialgiya
  • Sistem qırmızı qurdeşənəyi
  • Sistem skeroz (sklerodermiya)
  • Polimiozit/dermatomiozit
  • Behçet xəstəliyi
  • FMF (Ailəvi Ağdəniz qızdırması)
  • Sistem vaskulitlər
  • Fibromiyalgiya