Dr. Rafael Bayramov Rafiq

Neyrocərrah blue-icon Bakı Sağlamlıq Mərkəzi
Şəxsi məlumat
Adı, Soyadı, Ata adı:

Dr. Rafael Bayramov Rafiq

İxtisas:

Neyrocərrah

Dil biliyi:

Rus, İngilis, Türk

Doğum yeri və tarixi:

1982-ci il fevralın 23-də Sumqayıt şəhərində anadan olmuşdur.

Təhsil, təlim, seminar
Orta Təhsil:
                        
  • 1989–1999-cu illərdə Sumqayıt şəhər 33 nömrəli məktəb
  • Ali Təhsil:
                                  
    • 1999-cu ildə Ulu Öndər Heydər Əlievin təşəbbüsü ilə yaradılmış "Dövlət Xətti" proqramı ilə İ. M. Seçenov adına Moskva Tibb Akademiyasının müaliçə işi fakültəsinə qəbul olmuş və 2005-ci ildə məzun olduqdan sonra, həmin ildən həmin universitetin cərrahiyyə kafedrasında internaturaya başlamışdır. 2006–2008-ci illərdə Rusiya Diplomdansonra Təhsil Tibb Akademiyasının Neyrocərrahiyə kafedrasında ordinatura üzrə təhsil almış, daha sonra isə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Dövlət Proqramı" çərçivəsində 2008 – 2011-ci illərdə A. L. Polenov adına Russiya Elmi-Tədqiqat Neyrocərrahiyə İnstitutunda əyani aspirantura üzrə neyrocərrahiyə ixtisası üzrə təhsilini davam etdirmişdir. 22 noyabr 2011-ci ildə tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 2012-ci ilin fevral-may aylarında Novosibirsk şəhərində Novosibirsk Dövlət Tibb Universitetinin ürək-damar cərrahiyyəsi kafedrasında kurs keçərək "Rentgen endovaskulyar müalicə və dianqostika" ixtisasına yiyələnmişdir. 2022-ci ilin iyun-iyul aylarında Sürix Universitet Klinikasının Neyrocərrahiyyə mərkəzində Hospitasiya keçmişdir.
    İş təcrübəsi
                                  
    • 2012 Respublika Müalicə Diaqnostika Mərkəzində həkim–neyrocərrah 2014-Mərkəzi Neftçilər xəstəxanası 2015- 2019-Respublika Neyrocərrahiyyə Xəstəxanasında 2023-cü ilin yanvar ayından Neyrocərrahlıq Xəstəxanasında Uşağ Neyrocərahiyyə şöbəsinin müdiridir 2022-ci ildən Bakı Sağlamlıq Mərkəzində həkim-neyrocərrah