Çukurova Gastro-İntestinal Hastalıklar Cerrahisi Kongresi

Türkiyənin Adana şəhərində “Çukurova Gastro-İntestinal Hastalıklar Cerrahisi Kongresi” keçirilmişdir. Mədə-bağırsaq xəstəlikləri və cərrahiyyə sahəsindəki mühim inkişafları əhatə edən konfransda müxtəlif ölkələrdən iştirak edən mütəxəssis həkimlər, məruzəçilər vacib mövzuları əhatə edən sessiyalarda iştirak edərək bu sahədə yeni bilik və bacarıqlara yiyələniblər. Açıq cərrahiyyə, laparoskopik, robotik və endoskopik tətbiqlər kimi yeni texnologiyaların müzakirə edildiyi və mütəxəssis həkimlərin də öz təcrübələrini paylaşıldığı bu konfransda mərkəzimizin ümumi cərrahiyyə şöbəsinin proktologiya bölümünün rəhbəri, ümumi cərrah Dr. Cavan Xubanov da iştirak etmişdir. Cavan Xubanov “Anal çat xəstələrinə yanaşma necə olmalıdır?” mövzusu ilə çıxış etmişdir. Çıxış böyük marağa səbəb olmuşdur. Konfransdan görüntüləri Sizlərə təqdim edirik. Xoş seyrlər!

Diqər xəbərlər