Bakı Sağlamlıq Mərkəzi komandamıza yeni qoşulan həkimlərimizi tanıyaq! Üz-çənə cərrahiyyəsi üz-çənə nahiyəsinin iltihabi proseslərinin, travmatik zədələnmələrinin, andangəlmə və qazanılma qüsur və deformasiyalarının, xoş və bədxassəli yeni törəmələrinin etiologiyasını, patogenezini öyrənən, müalicə və diaqnostikasını həyata keçirən cərrahiyyənin mühüm bir sahəsidir. Dr. Küşvər Seyidova bu sahə ilə məşğul olan tibbi mütəxəssisdir. O, Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin üzvüdür. Təhsili: 🔹 2013-2018 Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsi ( fərqlənmə diplomu ilə) 🔹 2019-2024 Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Ağız və üz-çənə cərrahiyyəsi şöbəsində Üz-çənə cərrahiyyəsi ixtisası üzrə rezidentura təhsili Təcrübə: 🔹 2019-2024 Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Ağız və Üz-çənə cərrahiyyəsi şöbəsində həkim-rezident, 🔹 2025-ci ildən Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasında üz-çənə cərrahı, baş laborant 🔹 2025-ci ildən Bakı Sağlamlıq Mərkəzində üz-çənə cərrahı kimi vəzifəsində fəaliyyət göstərir. Müalicə etdiyimiz xəstəliklər: 🔹 Üz-çənə nahiyəsinin xəstəlikləri İcrə etdiyimiz prosedurlar: 🔹 Mürəkkəb dişlərin çıxarılması 🔹 Dental implantasiya 🔹 Periodontal və protezönü cərrahiyyə 🔹 Üz-çənə nahiyəsinin irinli iltihabi xəstəlikləri 🔹 Üz skeleti sümüklərinin sınıqları 🔹 Anadangəlmə dodaq-damaq yarıqları 🔹 Üzün və boyunun anadangəlmə kista və fistulaları 🔹 Tüpürcək vəzilərin xəstəlikləri 🔹 Üz-çənə nahiyəsinin xoşxassəli şişləri və şişəbənzər törəmələri 🔹 Üz-çənə nahiyəsinin estetik, plastik və rekonstruktiv cərrahiyyəsi 🔹 Ortoqnatik cərrahiyyə Üz-çənə cərrahı Dr.Küşvər Seyidova Bakı Sağlamlıq Mərkəzində xəstə qəbuluna başlamışdır. Bakı Sağlamlıq, Öncə Sağlamlıq! 📞 950 / 0123110222 📲 (+994) 51 229 70 70 📍Azadlıq prospekti, 112 #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter