Füzuli, Xocavənd və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edən, Şuşa döyüşlərində qəhrəmancasına şəhid olan Babək Allahverdiyevin anası Əsmər Allahverdiyeva Bakı Sağlamlıq Mərkəzində əməliyyat olundu. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Cərrahiyyə kafedrasının müdiri Prof. Məhəmməd Kərimov və peşəkar komandası tərəfindən həyata keçirilən “Varikoz” əməliyyatından və sonrasında xəstə ziyarətindən görüntüləri sizlərə təqdim edirik. Əsmər Allahverdiyeva şikayətlərindən azad olmuş şəkildə, sağlamlığına qovuşaraq bugün evə yazıldı və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicə prosesində göstərdiyi xüsusi diqqət və qayğı üçün Asiman Həsənov başda olmaqla bütün Bakı Sağlamlıq Mərkəzi kollektivinə öz minnətdarlığını bildirdirdi. Mərkəzimiz şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına qayğı göstərməyi və onları daima diqqətdə saxlamağı unutmur.