“Baş Ağrıları Maarifləndirmə Həftəsi” çərçivəsində Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar keçirildi. Mərkəzimizin nevroluqu Pərvin Allahyarova tərəfindən keçirilən seminarda "Where Healing Begins with Understanding” şüarı altında müxtəlif çıxışlar baş tutdu. “Baş Ağrıları Maarifləndirmə Həftəsi” ərzində Lifting The Burden (LTB), International Headache Society (IHS), European Headache Federation (EHF), European Migraine & Headache Alliance (EMHA), Global Migraine & Pain Summit (GMPS) və digər yerli Miqren Dostu Xəstəxanaların iştirakı ilə tədbirlər, seminarlar keçirildi. Bakı Sağlamlıq Mərkəzi olaraq sahənin qabaqcıl cəmiyyətləri ilə birlikdə “Miqren Dostu Xəstəxanalar” adı verilən bu beynəlxalq kampaniyaya başlamaqdan qürur duyuruq. Bu təşəbbüs tibb işçilərini maarifləndirmək, empatiyanı və xəstələrin miqrenlə bağlı təcrübələrini anlamaq məqsədi daşıyır. Baş tutmuş seminardan görüntüləri Sizlərə təqdim edirik. Xoş seyrlər!