“Mənim oğlum qəhrəmandır!” layihəsinin koordinatoru Gülşad Musayeva Bakı Sağlamlıq Mərkəzində əməliyyat olundu

Vətən müharibəsi şəhidi, polkovnik Sədi Musayevin xanımı, “Mənim oğlum qəhrəmandır!” layihəsinin koordinatoru Gülşad Musayeva Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub. Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun əməliyyat sonrası Gülşad Musayevanı ziyarətindən görüntüləri sizlərə təqdim edirik. Mərkəzimizin ümumi cərrahiyyəsinin şöbəsinin həkimi Cümşüd Kazımzadə tərəfindən mədə - bağırsaq sistemi üzərində aparılan uğurlu rekonstruktiv əməliyyatdan sonra sağlamlığına qovuşan Gülşad Musayeva evə yazılmışdır. Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Sədi Musayev 28 sentyabr 2020-ci il Füzuli rayonu, Yuxarı Əbdürrəhmanlı kəndi, Kürdlər yaşayış məntəqəsi istiqamətində gedən döyüşlərdə əməliyyat qrupu zabiti kimi yaşayış məntəqələrinin düşməndən azad olunması uğrunda qəhrəmancasına şəhid olub. #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter

Diqər xəbərlər