Bu gün - 12 iyul, Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazılmış şanlı Tovuz döyüşlərinin başlanğıc günüdür. 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribatların qarşısı Azərbaycan Ordusu tərəfindən böyük şücaət və əzm ilə alındı. Düşmən təxribatına qarşı göstərilən dirəniş, Azərbaycanın gücünü və birlik ruhunu bir daha nümayiş etdirdi. Bakı Sağlamlıq Mərkəzi olaraq, Vətən uğrunda canından keçən bütün şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Qəhrəmanlarımız unudulmur, unudulmayacaq! 🕯