15–16 sentyabr 2026-cı il tarixlərində Belçikanın paytaxtı Brüsseldə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi tərəfindən “Dayanıqlı işçi qüvvəsi, daha güclü səhiyyə sistemləri: Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin saxlanılması və rifahına dair Regional Siyasət Dialoqu” mövzusunda tədbir keçirilib. “Şərq Tərəfdaşlığında Səhiyyə Dayanıqlılığı” təşəbbüsü çərçivəsində keçirilən tədbirdə səhiyyə işçi qüvvəsinin saxlanılması, işçilərin rifahı və psixi sağlamlığının dəstəklənməsi, əmək şəraitinin yaxşılaşdırılması və səhiyyə sistemlərinin dayanıqlılığının gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirdə müxtəlif ölkələrin ( Gürcüstan, Moldova,Ukarayna, Ermənistan, Islandiya və Rumıniya) səhiyyə işçi qüvvəsinin saxlanılması üzrə təcrübələri təqdim edilib, mövcud çağırışlar və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə Bakı Sağlamlıq Mərkəzinin İcraçı directorun köməkçisi Kənan Həsənzadə də iştirak edib.