51-ci Ulusal Hematologiya Konqresi

28 oktyabr – 2 noyabr tarixlərində Antalyada şəhərində 51-ci Ulusal Hematologiya Konqresi keçirilib. Sözügedən konqresdə Bakı Sağlamlıq Mərkəzinin Qan Bankı və Hematologiya şöbəsinin həkim-hematoloqu, Səhiyyə Nazirliyinin həkim eksperti Şəhla Şabanova “Use of Fedratinib in a patient with thrombocytopenia and severe anemia” adlı poster çıxışı ilə iştirak edib. Poster təqdimatında trombositopeniya və ağır anemiya fonunda Fedratinib istifadəsinə dair klinik təcrübə paylaşılaraq hematologiya sahəsində müasir yanaşmaların tətbiqi vurğulanıb. Bu iştirak elmi biliklərin beynəlxalq səviyyədə mübadiləsinə və sahə üzrə yeniliklərin paylaşılmasına mühüm töhfə verib. Bakı Sağlamlıq, Öncə Sağlamlıq! 📞 *950 / (+994) 3110222 📲 (+994) 51 229 70 70 📍Azadlıq prospekti, 112 #Hematologiya #QanXəstəlikləri #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter

Diqər xəbərlər