8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir baş tutdu

Bakı Sağlamlıq Mərkəzində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir baş tutdu. Açılış nitqi ilə çıxış Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə kollektivin xanım nümayəndələrini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu etdi. Azərbaycan qadınının tariximizdə oynadığı əvəzsiz rolundan, onların Vətən Müharibəsində göstərdiyi fədakarlıqlardan, ölkəmizin ictimai həyatına verdikləri töhfələrdən bəhs edən Asiman Həsənov 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə kollektivin xanım nümayəndələrini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu etdi. Qeyd etdi ki, qadının ailədə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin əsas məqsədlərindən biridir. Qadın və qızlarımız dövlətin yaratdığı bütün imkanlardan yararlanır, təhsil alır, ictimai-siyasi proseslərdə fəal iştirak edir, yüksək vəzifələr tutur, sahibkarlıq sahəsində geniş təmsil olunurlar. Səhiyyədə, təhsildə, elmdə, orduda, idmanda, məhkəmə, milli təhlükəsizlik və hüquq mühafizə orqanlarında çalışırlar. Bu, Azərbaycan hökuməti və Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət qadın siyasətinin məntiqi nəticəsidir. Azərbaycan qadınının böyüklüyü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti ilə hamıya örnəkdir. Tədbirin qonağı ölkəmizin Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist Musa Urud şeirdən, poeziyadan söz açaraq, tədbir iştirakçılarına öz sənət dilində bədii qiraət edərək xoş arzularını çatdırdı və təbriklər etdi. Qadınların olduğu hər yerdə qayğı, mərhəmət, sülh, zərafət və gözəllik olduğunu vurğuladı. #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter #8Mart

Diqər xəbərlər