Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, şair Rüstəm Behrudi Bakı Sağlamlıq Mərkəzində olub. Mərkəzimizdə həkimlərimiz tərəfindən zəruri tibbi müayinələr aparılıb, sağlamlıq vəziyyəti dəyərləndirilib və müvafiq tibbi yanaşma müəyyən edilib. Dəyərli söz adamımızla görüşərək xatirə şəkli çəkdirdik və Bakı Sağlamlıq Mərkəzinin kollektivi adından ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzuladıq. Rüstəm Behrudiyə tezliklə tam sağlamlığına qovuşmasını və dəyərli yaradıcılığı ilə oxucularını sevindirməyə davam etməsini diləyirik. Öncə Sağlamlıq.