Bakı Sağlamlıq Mərkəzi komandamızın həkimlərini tanıyaq! Mərkəzimizin ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev 2008-ci ildən etibarən ürək cərrahı kimi fəaliyyət göstərir. Təhsilini orta Avropanın ən qədim və qabaqcıl universiteti olan Çarls Universitetini bitirib. 15 illik Almaniyada qabaqcıl klinikalarında keçdiyi təcrübəsi və müntəzəm təlimlər sayəsində kardiocərrahiyyə sahəsində geniş biliyə və praktiki bacarıqlara sahibdir. Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəni dünyanın məşhur Berlin Charite İnstitutunda almışdır. O, ABŞ və Avropanın qabaqcıl klinikalarında kurslar və təlimlər keçərək öz sahəsində ən son yeniliklər və müalicə metodları ilə tanış olub. Peşəkar inkişafına önəm verərək, dünya miqyaslı konfranslarda mühazirələr təqdim edib və beynəlxalq səviyyədə tanınmış mütəxəssislərlə təcrübə mübadiləsi aparıb. T.ü.f.d., Vüsal Hacıyevin elmi fəaliyyətləri dünya miqyaslı nəşriyyatlarda yayımlanan çoxsaylı elmi məqalələri mövcuddur. Təhsili: 🔹1997-2001 Məktəb təhsili Şirvan özəl məktəbi, Şirvan şəhəri 🔹2001-2002 Çex dili və tibbi təhsilə hazırlıq kursu - Çarlz Universiteti nəzdində dil və təhsilə hazırlıq İnstitutu, Marienbad, Çexiya Respublikası 🔹2002-2008 Universitet tibb təhsili - Çarlz Universiteti, I.Tibb Fakültəsi Praqa şəhəri, Çexiya Respublikası 🔹2013-2018 Fəlsəfə doktoru təhsili - Charité- Berlin Tibb Universiteti Berlin şəhəri, Almaniya Federativ Respublikası Doktorluq dissertasiyasının mövzusu: “Ürək transplantasiyasından sonra trikuspid çatışmazlığının risk faktorları” Təcrübə: 🔹2009-2013 Ürək cərrahı - Berlin Alman Ürək Mərkəzi Berlin şəhəri, Almaniya Federativ Respublikası 🔹2013-2023 Ürək cərrahı - Sana Ürək Mərkəzi Kottbus şəhəri, Almaniya Federativ Respublikası 🔹2023 Bakı Sağlamlıq Mərkəzində ürək-damar cərrahı vəzifəsində fəaliyyət göstərir. İcra etdiyi ürək-damar əməliyyatları: 🔹Aorto-Koronar Şuntlama əməliyyatı 🔹Aorta qapağının protezləşdirmə əməliyyatı 🔹Mitral qapağın rekostruksiyası və protezləşdirmə əməliyyatı 🔹Üçtaylı qapağın rekostruksiyası və protezləşdirmə əməliyyatı 🔹Qalxan aorta və aorta qövsü anevrizmasının cərrahi müalicəsi 🔹Qalxan aorta və aorta qövsü anevrizmasının cərrahi müalicəsi 🔹Qalxan aorta və aorta qövsü disseksiyasının cərrahi müalicəsi 🔹Yetişkin pasiyentlərdə anadangəlmə ürək qüsurları əməliyyatı 🔹Sol mədəciyin anevrizması əməliyyatı 🔹Sol mədəcik yırtığının bağlama əməliyyatı 🔹Hipertrofik obstruktiv kardiomiopatiyanin cərrahi müalicəsi 🔹Qulaqcıq fibrillasiyasının cərrahi müalicəsi Məlumat üçün qeyd edək ki, mərkəzimizin ürək-damar cərrahiyyəsi şöbəsində ürək-damar xəstəliklərinin müalicəsi müasir dövrün tələblərinə cavab verən cərrahi üsullar ilə ən yeni yüksək texnoloji avadanlıqlarla təchiz edilmiş əməliyyatxanalarda xaricdə təhsil almış və uzun müddətli iş təcrübəsinə malik olan yüksəkixtisaslı peşəkar mütəxəssislərimiz tərəfindən həyata keçirilir. Bakı Sağlamlıq, Öncə Sağlamlıq! 📞 *950 / (+994) 3110222 📲 (+994) 51 229 70 70 📍Azadlıq prospekti, 112 #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter