Mərkəzimizin baş həkimi Elxan Hacıyev, baş həkim müavini, uzman terapevt Dr. Zakir Quliyev, baş həkim müavini, terapevt, t.ü.f.d., Dr. Günay İsmayılova, cərrahi müdaxiləni həyata keçirən ümumi cərrah, t.ü.f.d., Dr. Aynur Hüseynzadə və baş tibb bacısı Aygün Şahbazova 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidimizin həyat yoldaşını ziyarət edərək, səmimi təbriklərini çatdırıb və hədiyyələr təqdim ediblər. Bakı Sağlamlıq Mərkəzi olaraq, şəhid ailələrinə göstərdiyimiz diqqət və qayğını davam etdirir, onların hər zaman yanlarında olduğumuzu bir daha ifadə edirik. Şəbnəm xanıma gələcək həyatında möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirik.