Bakı Sağlamlıq Mərkəzində daha bir uğurlu ürək əməliyyatı icra olunub

Bakı Sağlamlıq Mərkəzində daha bir uğurlu ürək əməliyyatı icra olunub. 78 yaşında ürəyin işemik xəstəliyi, ağciyərlərin xroniki obstruktiv xəstəliyi olan və kəskin böyrək çatışmazlığından əziyyət çəkən pasiyent Fərhad Şirinov yaşına və yanaşı xəstəliklərinə görə olduqca riskli olması səbəbindən müraciət etdiyi bir neçə mərkəzlər də əməliyyata götürülməmişdir. Bakı Sağlamlıq Mərkəzinə müraciət edən Fərhad Şirinov Mərkəzimizin peşəkar həkimləri ilə konsultasiyadan sonra ürək-damar cərrahı, t.ü.f.d., Vüsal Hacıyev tərəfindən ən uyğun əməliyyat texnikasını seçilərək, pasiyentə “İki koronar arteriyanın (aorto) koronar şuntlama” əməliyyatı icra olunub. Uğurlu əməliyyat sonrası 1 günlük reanimasiya, bir müddət stasionar müalicə alan xəstə ambulator müalicə üçün evə yazılıb. Məlumat üçün bildirək ki, Fərhad Şirinovun 3 övladı Vətən müharibəsində qəhrəmancasına mübarizə aparmışdır. Vətən müharibəsi iştirakçısının atası Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara, habelə şəhid ailəsi üzvlərinin sağlamlığının bərpası, onların müalicə prosesində göstərdiyi xüsusi diqqət və qayğı üçün Asiman Həsənov başda olmaqla bütün Bakı Sağlamlıq Mərkəzi kollektivinə öz minnətdarlığını bildirib. #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter

Diqər xəbərlər