Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Bakı Süd Vəzi Mərkəzinin həkimlərinin məqaləsi dərc olunub

Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərən Bakı Süd Vəzi Mərkəzinin həkimlərinin məqaləsi dərc olunub Hər il dünyanın yüzlərlə həkiminin qatıldığı, onkoloji protokolların tərtibində əhəmiyyətli rolu olan Avstriyanın Vyana şəhərində keçirilən "19th St. Gallen Breast Cancer Conference March 2025"-də bu il Azərbaycandan Bakı Süd Vəzi Mərkəzinin həkimləri iştirak ediblər. Bu konfransda t.ü.f.d. Vəliyeva Vəfanın təqdim etdiyi və həmçinin t.ü.f.d. Kəmalə Əliyevanın da həmmüəllifi olduğu "Gənc qadınlarda süd vəzi xərçənginin əsas xüsusiyyətləri" adlı abstraktı qəbul edilib və dərc olunub. Bu münasibətlə həkimlərimizi təbrik edir və Bakı Süd Vəzi Mərkəzinin fəaliyyətində böyük nailiyyətlər arzulayırıq! #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter #SüdVəziMərkəzi

Diqər xəbərlər