Dəyərli professorumuzun tibb sahəsində uzun illər ərzində göstərdiyi fədakarlıq, elmi nailiyyətləri və minlərlə pasiyentin həyatında yaratdığı müsbət dəyişikliklər əvəzolunmazdır. Bu xüsusi gün münasibətilə Mərkəzimizin icraçı direktoru Dos. Dr. Asiman Həsənov da öz səmimi təbriklərini bildirdi, Prof. Dr. Məhəmməd Kərimovun peşəkar fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı və ona möhkəm can sağlığı, davamlı uğurlar arzuladı. Bakı Sağlamlıq Mərkəzi olaraq, professorumuzu 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, sağlamlıq və yeni nailiyyətlər arzu edirik!