Bakı Sağlamlıq Mərkəzinin həkim-nevropatoloqu Tağıyeva Nuridə Şimali Kipr Türk Respublikasında keçirilən "VI Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi"ndə iştirak etmişdir. Konqresdə “Dağınıq skleroz və Epilepsiya xəstələrinə düzgün yanaşma” mövzusunda çıxışı baş tutmuşdur. Türk və Türkdilli dövlətlərdə dağınıq skleroz sahəsində çalışan həmkarlarımız arasında bilik mübadiləsi və araşdırmalarla əməkdaşlığımızı gücləndirmək məqsədilə 2019-cu ildə ilk dəfə Ankarada keçirilən Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi yüksək qiymətləndirilmişdir. Göstərilən marağa görə ənənəvi olaraq növbəti illərdə hər il bir ölkədə keçirilməsi qərara alınmışdır. Qeyd edək ki, 2023-cü ildə sözügedən bu konqres ölkəmizdə keçirilmişdir. “6. BEYNƏLXALQ TÜRK DÜNYASI DAĞINIQ SKLEROZ KONQRESİ” ndə mütəxəssis məruzəçilərin iştirakı ilə dağınıq skleroz, NMO, MOQ ilə əlaqəli xəstəliklərin mövcud diaqnostikası, müalicəsi və bu sahədə mövcud inkişaflar müzakirə olunmuşdur.