Bakı Sağlamlıq Mərkəzinin həkimlərinin məqaləsi “EuropeanHHM: European Healthcare Business Magazine” jurnalında dərc olunub. Bakı Sağlamlıq Mərkəzinin kardiologiya və kardiocərrahiyyə üzrə koordinatoru, kardioloq Fərid Əliyev və Mərkəzimizin ürək-damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev müəllifi olduqları məqalənin dərc olunması münasibətilə həmkarımızı ürəkdən təbrik edir, gələcək fəaliyyətində ona uğurlar diləyirik. Qürurverici haldır ki, həkimlərimizin həm yerli, həm də nüfuzlu beynəlxalq jurnallarda dərc olunan elmi məqalələrinə çoxlu istinadlar edilir, onların jurnallarda dərc olunan elmi məqalələri və elmi araşdırmaları xarici ölkələrdə nəşr olunan kitablara da daxil edilir. Məqalənin tam mətnini jurnalın elektron səhifəsindən izləyə biləcəyinizi nəzərinizə çatdırırıq. Məqalənin linki: https://www.europeanhhm.com/.../building-heart-team-in... #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter