Bakı Sağlamlıq Mərkəzinin tibbi heyətinin Daşkəsən səfəri uğurla başa çatıb 💙

Bakı Sağlamlıq Mərkəzinin tibbi heyətinin Daşkəsən səfəri uğurla başa çatıb 💙 Bakı Sağlamlıq Mərkəzinin əməkdaşları “AzerGold” QSC ilə birgə Daşkəsən rayonunda 4–6 sentyabr tarixlərində səyyar tibbi müayinə aksiyası həyata keçiriblər. 3 gün davam edən aksiya çərçivəsində ümumilikdə 322 nəfər tibbi müayinədən keçib və 2165 tibbi xidmət göstərilib. Müayinələr çərçivəsində: 🔹 213 oftalmoloji müayinə 🔹 163 USM müayinəsi 🔹 185 laborator müayinə 🔹 121 kardioloji müayinə 🔹 120 EKQ 🔹 97 nevroloji müayinə və digər ixtisaslar üzrə tibbi xidmətlər göstərilib. Aksiyanın əsas məqsədi sakinlərin tibbi xidmətlərə əlçatanlığının artırılması, sağlamlıq vəziyyətlərinin qiymətləndirilməsi və zəruri müayinələrin yerində həyata keçirilməsi olub. Bakı Sağlamlıq Mərkəzi olaraq əhalinin sağlamlığının qorunmasına yönəlmiş sosial layihələrdə iştirakımızı davam etdiririk. #BakıSağlamlıqMərkəzi #BSM #AzerGold #Daşkəsən #TibbiMüayinə Sağlamlıq

Diqər xəbərlər