Zəngin mənəviyyatı, ali dəyərlərə sadiqliyi ilə Mehriban xanım Azərbaycanın təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrində dəyərli işlərə imza atmışdır. Onun yüksək mənəvi dəyərlərə əsaslanan humanist mövqeyi, xeyirxahlıq və mərhəmətə dayanan yanaşması, cəmiyyətimizdə müsbət dəyişikliklərin ilham mənbəyidir və hər kəs üçün örnəkdir. Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar və səylə davam edən fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.