Bakı Sağlamlıq Mərkəzi komandamıza yeni qoşulan həkimlərimizi tanıyaq! Gözlərimiz ən qiymətli varlıqlarımızdan biridir və onların sağlamlığını qorumaq üçün mütəxəssis yardımına ehtiyacımız var. Bakı Sağlamlıq Mərkəzinin Oftalmologiya şöbəsində yeni fəaliyyətə başlamış həkim-oftalmoloq Dr. Məmmədova Könül göz problemlərinin qarşısını almaq, müalicə etmək və cərrahi müdaxilələr aparmaqda sizlərə kömək göstərəcəkdir. Təhsili: 🔹 1991-1997 ATU, II Müalicə işi fakultəsi Təcrübə: 🔹 2008-2014 Bakı elmi-tədqiqat göz xəstəlikləri klinikası 🔹 2014-2023 ATU TCK-nın Oftalmologiya şöbəsi 🔹 2023-2024 Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanası 🔹 2024- günümüzədək Bakı Sağlamlıq Mərkəzində həkim-oftalmoloq vəzifəsində fəaliyyət göstərir. Müalicə etdiyiniz xəstəliklər: 🔹 Uşaq oftalmologiyası 🔹 Refraktiv oftalmologiya 🔹 Buynuz qişanın iltihabi degenerativ xəstəlikləri 🔹 Qapaqlarda rast gəlinən xəstəliklər 🔹 Gözün arxa qütbündə təsadüf edilən xəstəlikərin müalicə və profilaktikası İcra etdiyi prosedurlar: 🔹 Qapaqlarda xalazion və kistlərin çıxarılması əməliyyatı 🔹 Pteriqium əməliyyatı 🔹 Gözdən yad cisim xaric edilməsi 🔹 Göz yaşı burun kanalının yuyulması 🔹 İntravitreal və digər inyeksiyalar 🔹 Eksimer lazer cərrahiyyəsi Gözlərimizdə hər hansı bir narahatlıq hiss etdikdə və ya illik göz müayinəsi üçün oftalmoloqa müraciət etmək məsləhət görülür. Mütəmadi müayinə gözlərimizin sağlamlığını qorumaq və erkən diaqnoz qoymaq üçün vacibdir. Əgər gözlərinizdə uzun müddət davam edən narahatlıqlar varsa və ya göz xəstəliklərindən əziyyət çəkirsinizsə, Bakı Sağlamlıq Mərkəzində xəstə qəbuluna başlamış həkim-oftalmoloq Dr. Könül Məmmədovaya müraciət edin. Bakı Sağlamlıq, Öncə Sağlamlıq! 📞 *950 📞 (+994) 51 229 70 70