Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub

Martın 4-də Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub. Arzu Əliyeva iftar məclisində iştirak edib. Ölkəmizin müxtəlif rayonlarından şəhid valideynlərinin, müharibə iştirakçılarının, ictimaiyyət nümayəndələrinin dəvət olunduğu iftar mərasimində “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən oğullarının ruhuna dualar edilib. “Fire Land Group”un “Mənim oğlum qəhrəmandır” layihəsinin Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən budəfəki tədbiri 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etdiyindən şəhid analarına hədiyyələr təqdim olunub. Baş tutan bu tədbirdə Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov və Mərkəzinin Baş həkim müavini Uzman Dr. Zakir Quliyev iştirak edib. #heydaraliyevfoundation #heydərəliyevfondu #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter

****

Diqər xəbərlər