Bakı Sağlamlıq Mərkəzinin nevroloqu Dr. Nuridə Cəlal Tağıyeva 5–7 iyun 2026-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən 1-ci Multiple Skleroz Konqresində iştirak edib. Konqres çərçivəsində həkimimiz “Multiple sklerozda koqnitiv funksiyaların dəyərləndirilməsində istifadə olunan skalalar və onların klinik əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edərək öz elmi və klinik təcrübəsini beynəlxalq auditoriya ilə bölüşüb. Həkimlərimizin beynəlxalq elmi tədbirlərdə fəal iştirakı Bakı Sağlamlıq Mərkəzində göstərilən tibbi xidmətlərin inkişafına və ən müasir yanaşmaların tətbiqinə töhfə verir. #BakıSağlamlıqMərkəzi #Nevrologiya #MultipleSkleroz #MS #İstanbul #ElmiFəaliyyət