Bakı Sağlamlıq Mərkəzi komandamıza yeni qoşulan həkimləri tanıyaq! Mərkəzimizin Urologiya şöbəsinin yeni yüksək ixtisaslı uzman uroloqu Dr. Əhmədov Vüsal yalnız xəstəlikləri müalicə edən həkim deyil, həm də sağlam həyat tərzinin təşviqini həyata keçirən mütəxəssisdir. O, uroloji problemlərin səbəblərini araşdıraraq fərdi müalicə planı hazırlayır və müalicəni müasir üsullarla həyata keçirir. Qeyd edək ki, Bakı Sağlamlıq Mərkəzinin urologiya şöbəsi böyrək, sidik axarları, sidik kisəsi və sidik kanalı xəstəlikləri ilə məşğul olan mühüm tibb bölməsidir. Həkimlərimizin başlıca məqsədi ən son tibbi müalicə üsulları ilə xəstələrin qısa zamanda sağalıb, normal həyata dönmələrini təmin etməkdir. Urologiya şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfində nəzərdə tutulan endoskopik və laparoskopik uroloji əməliyyatlar uğurla icra olunur. Təhsil: 🔹2002-2008-ci illərdə Azərbaycan Tibb Universiteti, Müalicə işi fakultəsi 🔹2009-2014-cü illərdə Türkiyənin Ege Universiteti Urologiya kafedrasında uzmanlıq təhsili Təcrübə: 🔹2014-cü ildə indiyə kimi Oksigen Klinik Xəstəxanası, həkim uroloq 🔹 2021- ci il il tarixlərində Respublika Kliniki Xəstəxanada, urologiya şöbə müdiri 🔹2025-ci il iyul ayından günümüzədək Bakı Sağlamlıq Mərkəzində uroloq vəzifəsində fəaliyyət göstərir. Müalicə etdiyi xəstəliklər və İcra etdiyi əməliyyatlar: 🔹Böyrək və sidik çıxarıcı yolların daş xəstəliyi 🔹Böyrək və sidik çıxarıcı yolların iltihabi xəstəliyi 🔹Böyrək və sidik çıxarıcı yolların şiş xəstəlikləri 🔹Bütün androloji problemlər Uzman uroloq Dr. Əhmədov Vüsalı Bakı Sağlamlıq Mərkəzində fəaliyyətə başlaması münasibətilə təbrik edir və ona işlərində böyük nailiyyətlər diləyirik! Bakı Sağlamlıq, Öncə Sağlamlıq! 📞 950 / 0123110222 📲 (+994) 51 229 70 70 📍Azadlıq prospekti, 112 #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter